Partlayışda yaralanan qadının xəstəxanadakı görüntüləri yayıldı - Foto

14 Aprel 2017 23:00 (UTC+04:00)

ARB Kəpəz xəbər verir ki, Şəmkirin İrmaşlı kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini 41 yaşlı Nazilə Mərdanova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirib. Vəziyyəti ağır olduğundan qadının Bakıdakı ibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.

AzNews.az