"Arsenal" klub tarixində bir ilk etmək fikrindədir

14 Aprel 2017 23:10 (UTC+04:00)

AzNews.az goal.az-a istinadən xəbər verir ki, "topçular" həmin vəzifəyə Mixael Zork (Borussia Dortmund) və Mark Overmarsın (Ajax) namizədliyini nəzərdən keçirir. Bunlardan futbolçu kimi "Arsenal"ın şərəfini qoruyan Overmarsın şansları daha yüksək qiymətləndirilir. 4 il ərzində London klubunun uğurları üçün çalışan 44 yaşlı Overmars 1998-ci ildə İngiltərə çempionu və Kubokunun qalibi olmuşdu. "Arsenal"da idman direktoru postunun yaradılması o deməkdir ki, Arsen Venqerin müqaviləsi uzadılacağı halda transfer məsələsində onun sözü əvvəlki kimi keçməyəcək.