İrandan Azərbaycana 1,7 kiloqram heroin keçirilməsinin qarşısı alınıb- İtin köməkliyi ilə

15 Aprel 2017 11:10 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNewsa.az-a verilən xəbərə görə, Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.