ABŞ-ın Əfqanıstanı bombalaması nəticəsində 92 nəfər İŞİD üzvü məhv edilib

15 Aprel 2017 11:15 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstan hökümətinin üzvü İsmayıl Şirvani bu faktı təsdiqləyib. Onun sözlərinə görə, öldürülən terrorçuların sayı 92 nəfərdir.

ABŞ hərbi qüvvələri "Bombalaraın anası" adı verilmiş xüsusi bombanı ilk dəfə bir neçə gün əvvəl Əfqanıstanda sınaqdan keçirib. Bombalar terrorçuların gizləndiyi tunelə atılıb.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayi isə bu zərbələri ABŞ-ın ölkə ərazisini yeni silahların sınağı üçün hərbi poliqona çevirməsi kimi xarakterizə edib.