Mağazalardan külli miqdarda oğurluq edən dəstə saxlanıldı - VİDEO

15 Aprel 2017 13:26 (UTC+04:00)

ARB TV xəbər verir ki, onlar ötən il iyulun 14-də rayon ərazisindəki mağazalardan birindən 240 manat pul və 5.000 manat dəyərində tütün məmulatı oğurlayıblar.

Xatırladaq ki, Arzu Əsgərli Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayında yaxalanmışdı. Onun digər dəstə üzvləri ilə birlikdə şəmkirdə 5 mağazanı qarət etdiyi, həmyerlisi Anar Quliyevə məxsus “Niva” markalı avtomobili soyğunçuluq yolu ilə ələ keçirdiyi məlum olmuşdu.

Faktla bağlı araşdırmalar davam edir.