İçərisində ev əşyaları olan vaqon yandı

15 Aprel 2017 16:37 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Ağdaş rayonu, Şəmsabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 27 m2 olan dəmir vaqonun yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb.

Yaxınlıqdakı digər vaqon yanğından mühafizə olunub.

Yanğın saat 12:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.