Cənubi Koreyada prezidentliyə namizədlərin rəsmi qeydiyyatı başladı

15 Aprel 2017 19:31 (UTC+04:00)

AZƏRTAC Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, seçkiqabağı kampaniyaya iki gündən sonra start veriləcək. Ölkədə keçirilən növbədənkənar prezident seçkiləri martın 10-da korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.

MSK artıq prezidentliyə iki əsas namizədi - Demokratik Partiyanın namizədi Mun Çje İni və mərkəzçi Xalq Partiyasının namizədi An Çxol Sunu, həmçinin daha 10 nəfəri qeydiyyatdan keçirib.

İctimai rəy sorğuların nəticəsinə əsasən, Mun Çje İn prezident postuna iddialı namizədlərin arasında lider mövqedə qərarlaşıb.

Mayın 9-na təyin olunmuş növbədənkənar prezident seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçiriləcək. Mun Çje İn Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması onun bu sahədə fəaliyyətini çətinləşdirir.

Xatırladaq ki, 2012-ci il seçkilərində Mun Çje İn rəqibi Pak Kın Xeyə uduzmuşdu.

AzNews.az