Dünyanın ən yaşlı qadını vəfat etdi

15 Aprel 2017 21:28 (UTC+04:00)

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Emma Morano adlanan dünyanın ən yaşlı qadını 114 yaşında dünyasını dəyişib. Bu barədə onun ailəsi məlumat verib.

Emma Morano 1899-cu ildə İtaliyanın şimalında yerləşən Pyemont vilayətində anadan olub.