Şirvan sakini bıçaqlandı

15 Aprel 2017 23:51 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Rüstəm Yumaqujin kürək nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Rüstəm Yumaqujinin Ayaz adlı şəxs tərəfindən bıçaqlandığı deyilir. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzNews.az