Bu gün 9-cular imtahan verir

16 Aprel 2017 10:21 (UTC+04:00)

AzNews.az Apa-yaistinadən xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır. İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.