İranda güclü daşqınlar oldu - 41 nəfər öldü

16 Aprel 2017 11:33 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri İsmayıl Nəcar bildirib.

Xəbərdə bildirilir ki, daha 22 nəfər itkin düşmüş hesab olunur.

Təbii hadisədən daha çox Şərqi Azərbaycanın Azərşəhr və Əcəbşir, habelə Kürdüstan, Ərdəbil, Zəncan vilayətləri zərər çəkib.

Daşqınlar ölkənin şimal-qərbində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə çaylar daşaraq körpüləri və kommunikasiyanı dağıdıb. Güclü sel nəticəsində həmçinin nəqliyyat vasitələri də ziyan çəkib.