AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.