“Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır” - Zakir Həsənov

16 Aprel 2017 13:11 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanla görüşdə bildirib.

Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin son görüşləri bu əməkdaşlıq üçün lazımi şərait yaranıb: “Azərbaycan iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik”.

Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmağın zəruriliyini vurğulayıb.