Prince 6-cı dəfə dünya çempionu oldu - Foto

16 Aprel 2017 15:27 (UTC+04:00)

AzNews.az İstiPress-ə istinadən xəbər verir ki, "Prince Baku" ləqəbli azərbaycanlı idmançı Portuqaliyanın Lissabon şəhərində keçirilən kikboks üzrə dünya çemionatında iştirak edib. Yarımfinalda Misir idmançısına qalib gələrək finala yüksələn idmançımız finalda Portuqaliya idmançısı Lukas Fernandez ilə qarşılaşıb. Çempionatda bütün görüşləri nakautla qazanan Kamil Şərifov aprel ayının 9-da baş tutan final görüşündə elə ilk raundda nokautla portuqal idmançıya qalib gələrək, 6-cı dəfə dünya çempionu tituluna sahib oldu.

Qeyd edək ki, Kamil Şərifov 12 qat respublika çempionu, Avropa çempionu, WAKO üzrə dünya kuboku sahibi, 6 qat dünya çempionu və əməkdar idman ustasıdır.