Gədəbəydə ev yandı

17 Aprel 2017 10:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gədəbəy rayonu, İnəkboğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 4:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.