“Hələ bilinmir ki, ərəblərdi ya yox” - Rəsmi açıqlama

17 Aprel 2017 11:05 (UTC+04:00)

Şöbənin əməkdaşı Nadir Ağayevin AzNews.az-a verdiyi məlumata görə, açılan güllənin kimə məxsus olması hələ aydınlaşmayıb:

Hələ bilinmir ki, ərəblərdi ya yox. Nəmalum əşya atılıb. Orada güllə yarası, güllə səsi yoxdur.

Nadir Ağayev qeyd edib ki, sözü gedən mikroavtobusun sürücüsü Hacıqabul rayonu deyil, Bərdə rayon sakinidir.

Hacıqabul rayonunda "Mercedes" markalı mikroavtobusun alın şüşəsi ov edən turistlərin gülləsinə tuş gəlib. Hadisə nəticəsində avtomobilə 1000 manat dəyərində ziyan dəyib.

Bahar RÜSTƏMLİ

AzNews.az