Dünyanın ən bahalı 10 saatı- 55 milyon dollar (FOTO)

17 Aprel 2017 10:45 (UTC+04:00)

AzNews.az dünyanın ən bahalı saatlarını təqdim edir:

10. Louis Moinet Meteoris. Qiyməti: $4 600 000

Meteoris saatının hazırlanmasında Mars planeti, Aydan götürülmüş asteroidlərdən və Rosetta Stone adlı qədim meteroitdən istifadə edilib. Bu saatı əldə edən şəxs pulsuz olaraq günəş sistemini göstərən planetari də malik olacaq.

9. Hublot – Big Bang. Qiyməti $5 000 000

Bu saat növü brilliantları ilə fərqlənir. Hublotun hazırlanmasında hərəsi 3 karat olmaqla 1280 ədəd brilliantdan istifadə edilib. Saatı düzəldənlər təxminən bir il müddətində dünyanın müxtəlif nöqtələrindən ən qeyri-adi brilliantları seçiblər. Bu daşların hər biri Nyu-Yorkda 40 il təcrübəsi olan zərgərlər tərəfindən işlənib-hazırlanıb.

8. Vacheron Constantin Reference 57260. Qiyməti $8 000 000

İsveç saatsazı Vacheron Constantin dünyanın ən qəliz Reference 57260 cib saatını hazırlayıb. Bu saat 2800 komponent və rekord sayda, 57 ədəd “ağırlaşmadan” ibarətdir. Saatın korpusu 18k-lıq qızıldan hazırlanıb. Içərisində 3750 kalibrli, 36 mm. qalınlığa malik 242 ədəd bahalı daşdan ibarət mexanizm mövcuddur.

7. Patek Philippe – Ref.1518. Qiyməti $11 136 642

2016-cı ilin 12 və 13 noyabr tarixlərində Phillips hərrac evi Bacs & Russo ilə birgə The Geneva Watch Auction hərracında 4 saatın satışını həyata keçirdi. Bu hərracın əsas saatı Patek Philippe – Ref.1518 oldu. Satış dünyada yeni rekorda imza atdı- “Dünya tarixində hərracda ən baha satılan saat.” Qiymət hərrac başladıqdan 13 dəqiqə sonra təklif edildi və ilkin qiyməti 3 dəfə üstələdi. Bunun səbəbi olduqca maraqlıdır: baxmayaraq ki, bu brenddən olan bütün saatlar ya sarı, ya da çəhrayı qızıldan hazırlanır, Patek Philippe – Ref.1518-in korpusu paslanmayan poladdan hazırlanmışdı. Patek Philippe seriyası 4 modeldən ibarətdir. Saatın altında yazılan 1 rəqəmi, onun 4 modeldən birincisi olduğu mənasını daşıyır.

6. Jacob & Co Billionaire Watch. Qiyməti $18 268 000

Bu zərgərlik məmulatı saatdan çox taca oxşayır. The Jacob & Co Billionaire Watch 260 ədəd zümrüd əhatəli brilliantlarla bəzədilib. Mexanizmi 167 komponentdən, 19 ədəd bahalı daşla bəzədilib. Saat məşhur italyalı biznesmen Flaviyo Briatore üçün hazırlanıb və arxasında onun adı, soyadını əks etdirən loqotip var.

5. Patek Philippe Henry Graves Supercomplication. Qiyməti $24 000 000

Bankir Henri Qreyvsin şərəfinə hazırlanan bu saat 18 karatlıq qızıldan hazırlanıb. Onun hazırlanmasına 8 il sərf olunub. Saat 1933-cü ildə bankir Heri Qreyvsin öz avtomobil istehsalçısı olan rəqibi Ceyms Uord Pakkardı üstələmək istəyindən sonra yaradılıb. Nəticədə bankir dünyanın ən bahalı və qəliz menaxanizminə malik saatın sahibi olub. 2014 cü ildə Patek Philippe Henry Graves sahibi onu hərracda alan naməlum bir şəxs oldu. Saat öz rekordunu yenilədi: 1999-cu ildə bu saat Qətər krallığına mənsub şeyx Saud ben Məhəmməd ben Əli Əl Taniyə 11 milyon dollara satılmışdı.

4. Chopard 201-Carat Watch. Qiyməti $25 000 000

201 karatlıq 807 ədəd nadir almazdan hazırlanan Chopard saatları hələ də dünyanın qızıl bazarında ən bahalı zinət əşyası hesab edilir. Saat çox xırda displeyə malikdir və çox sayda müxtəlif brilliantlardan hazırlanıb. 2000-ci ildə satılan bu saat həmin il çap edilən bütün jurnalların üz qabağını bəzədi.

3. Breguet Grande Complication Marie-Antoinette. Qiyməti $30 000 000

Əfasanələr görə, bu saat fransız kraliçası Mariya-Antuanettanın pərəstişkarı tərəfindən sifariş edilib. Saat üzərində iş 1782-ci ildə Avraam-Lui Breqe tərəfindən başladılıb, 1827-ci ildə, onun ölümündən 4 il sonra oğlu tərəfindən sona çatdırılıb. Breguet daxilində qızıl, çətin idarə edilən mexanizm və sapfir müvcuddur. Saat 90-cı illərin sonunda oğurlanıb, 2007-ci ildə tapılıb. Hazırda bu saat Qüdsdə İslam mədəniyyəti muzeyində saxlanılır.

2. Graff Diamonds The Fascination. Qiyməti $40 000 000

Graff ən çox və bahalı brilliantlara bəzədilmiş saatdır. Saatların üzərinə 152,96 karatlıq ağ brilliantlar səpilib. 38,13 karatlıq D Flawless almazından hazırlanan daşlarla bəzədilib. Bu saatın unikallığı həm də ondan üzük kimi istifadə olunmasındadır.

1. Graff Hallucination. Qiyməti $55 000 000
Graff Hallucination –hazırda dünyanın ən bahalı saatıdır. Bu saatı bu qədər bahalı edən onun platindən hazırlanan qolbağında 110 karatlıq qeyri-adi və rəngli brilliantların yerləşdirilməsidir. Bu saatın hazırlanmasında istifadə olunan brilliantlar "Fancy" kateqoriyasına aid edilir. Bu kateqoriyaya daxil olan daşlar öz miqyasına görə dünyanın ən bahalı və nadir daşlarıdır.

AzNews.az