Bu il doğulan körpələrdən 424-ü əkiz olub - Statistika

17 Aprel 2017 14:47 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.