Portuqaliyada təyyarə qəzası- 4 nəfər öldü

17 Aprel 2017 16:59 (UTC+04:00)

AzNews.az “Сorreio da manhã” telekanalına istinadən xəbər verir ki, təyyarədə olan 4 nəfərin hamısı həlak olub. Təyyarə havaya qalxdıqdan bir müddət sonra orta məktəblərdən birinin 150 metr məsafəsində yerə çırpılıb. Hadisə yerində güclü yanğın başlayıb. Qəza yerində 50 nəfər yaxın xilasedici çalışır.