Sürücülərin diqqətinə - Bakıda bu küçələr bağlanacaq

17 Aprel 2017 17:34 (UTC+04:00)

"Azəravtoyol” ASC -dən AzNews.az-a daxil olan məlumata görə, qeyd edilən yollarda Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

"Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir",- deyə məlumatda qeyd edilib.