“Bəyin oğurlanması”nın aktrisası xərçəngə tutulub

17 Aprel 2017 17:59 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən bildirir ki, "Bəyin oğurlanması" filmində bir çəkilən Miriş və Gülbadamın görüşünü "ATV maqazin onlarla" lentə alıb.

N.Əlibəyova uzun müddət sənətdən uzaqlaşmasının səbəbini açıqlayıb. O bildirib ki, xərçəngdən əziyyət çəkir:

"4 il əvvəl səhhətimdə problem yarandı. Həkimlərə müraciət etdim. Beynimdə şiş var idi. Müalicə ilə sağalmadım, əməliyyata getdim. Ona görə də teatrdan, filmlərdən uzaqlaşdım. 5 saat yarımdan sonra əməliyyat bitdi, elə bilirdim ölümə gedirəm. Danışığımı da itirmişdim, indi bir az bərpa olunub".

A.Quliyev "Heç ağlıma da gəlmirdi ki, onunla görüşüm. 4 ildir bir araya gəlmirdik" deyə, əlavə edib.

Qeyd edək ki, N.Əlibəyova "Bəyin oğurlanması" filmində "Salam-sağ ol" epizodu ilə məşhurlaşıb.