Zaqatala sakinini sahibsiz it dişlədi

17 Aprel 2017 22:54 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Çobankol kənd sakini, 1982-ci il təvəllüdlü Sərxan Piri oğlu Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.