Bakıda daha bir intihar - 3 uşaq atası özünü 6-cı mərtəbədən atdı

18 Aprel 2017 08:53 (UTC+04:00)

Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Zığ yolu, ev 40, mənzil 83-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az