ABŞ terrorçunu belə unutduracaq

5 Fevral 2013 14:07 (UTC+04:00)



Belə ki, şəhərin terror təşkilatının lideri ilə bağlı mənfi imicini dəyişdirmək üçün burada 30 milyon dollarlıq nəhəng əyləncə parkı inşa ediləcək.

Pakistanda nəşr olunan "Davn" qəzetinin verdiyi xəbərə görə, hökumət bin Ladenin öldürüldüyü 2011-ci ildən bəri adı terrorla xatırlanan şəhərə turistləri cəlb etmək üçün plan hazırlayıb. Plana görə, şəhərdə zoopark, macəra klubu, dağ paraşütü, restoranlar və şəlalədən ibarət olan 50 hektarlıq istirahət və əyləncə parkı yaratmaq qərara alınıb.
Qəzet yazır ki, paytaxt İslamabaddan 120 kilometr məsafədə yerləşən şəhərdə bin Ladini xatırladacaq demək olar ki, heç bir şey qalmayıb.

Çünki "əl-Qaidə" liderinin öldürüldüyü ev tamamilə yerlə yeksan edilib. Rəsmilər bu investisiya layihəsi ilə bağlı qərarın 500 min əhalisi olan şəhərə köhnə cazibədarlığını qaytarmaq üçün verildiyini qeyd edirlər.
Ancaq turizm şirkətləri bundan əvvəl ölkənin müxtəlif bölgələrindən turistləri cəlb edən Abbotabad şəhərinin bu hadisədən sonra köhnə cazibədarlığını itirdiyini bildirirlər.

AzNews.az