Prezidentin oğlu əhaliyə ləyaqətli həyat söz verdi

18 Aprel 2017 20:52 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Svoboda” radiosunun tacik xidməti məlumat yayıb.

Rüstəm Emomali Şuranın sessiyasında çıxış edərək, şəhər sakinlərinə ləyaqətli həyat söz verib. O, deputatların diqqətini tikinti, su təminatı, zibil qalaqları, küçələrin və səkilərin təmizliyi ilə bağlı problemlərə yönəldib. Paytaxt meri, həmçinin şəhər gəncləri arasında ekstremizmin qarşısının alınması zərurəti haqda danışıb.

Xatırladaq, yanvarın əvvəlində Emomali Rahmon Düşənbənin meri Mahmadsaid Ubaydullayevi, hansı ki, 20 il şəhər administrasiyasına rəhbərlik etmişdi, vəzifəsindən kənarlaşdırdı. Onda o, bu posta Rüstəm Emomalini təyin etdi. Dövlət başçısının böyük oğlu ondan əvvəl Tacikistanın Korrupsiyaya qarşı agentliyinə başçılıq edirdi.

Onu da qeyd edək ki, Rüstəm Emomali aprelin başlanğıcında Şəhər Məclisinə keçirilən aralıq deputat seçkilərində qalib gəlib.