“People” açıqladı- 2017-ci ildə Dünyanın Ən Gözəl Qadını (FOTO)

19 Aprel 2017 17:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Gözəlçə” Culia Roberts bu dəfə də “People” jurnalı tərəfindən dünyanın ən gözəl qadını seçilib.

Aktrisa Culia Roberts ilk dəfə 26 il əvvəl, 1991-ci ildə, 23 yaşında jurnal tərəfindən bu titula layiq görülmüşdü. Bu il aktrisa 49 yaşını qeyd edəcək.

“People” jurnalı tərəfindən artıq 5-ci dəfədir ki, bu titula layiq görülən aktrisa rekord qırıb.

Ötən il dünyanın ən gözəl qadını Cenifer Eniston seçilmişdi.