Cocuq Mərcanlıda tank əleyhinə minaların partladıcısı aşkarlandı - Foto

19 Aprel 2017 17:47 (UTC+04:00)

ANAMA-dan AzNews.az-a bildiriblər ki, 61 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi səkkiz partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 981 min 62 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 19-dək 5132 partlamamış hərbi sursat, tank əleyhinə 107 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 2 milyon 38 min 376 kvadratmetr ərazi yoxlanılıb.