Dəlisov fanat məşhur reperin evinə soxuldu, soyuducusundan istifadə etdi

19 Aprel 2017 23:27 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Meşu Kollinz adlı dəlisov fanat Dreykin Los-Ancelesdəki evinə soxulub, qapını arxadan bağlayıb və soyuducudakı bütün qazlı suları içib.

Polislərin sözlərinə görə, qız evdən heç nə oğurlamayıb və maddi ziyan da vurmayıb. Qız xüsusi mülkiyyətə soxulduğuna görə ittiham olunacaq.