Aşıqlardan Aqşin Yeniseyə cavab: “Boynunu yerə soxum”

20 Aprel 2017 13:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü Elxan Məmmədli Aqşin Yeniyesin “Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir” fikirini şərh edərkən bildirib. Elxan Məmmədli iddia edib ki, Aqşin Yenisey Aşıq Ələsgəri tanımır.

Bu Ələsgərin mahiyyətini anlamamaqdır. O nə deməkdir? Nəyi məhv edib? Yerindən duran mənəvi irsimizə, fəxr elədiyimiz aşıq poeziyasına ləkə vurur. Ələsgər müqəddəs varlıqdır. Ələsgərin hər bir sözü başdan-ayağa müdrüklükdür. Ayıbdır. Ələsgər hər şeydən əlavə bir kişi idi, o, bir gözəli vəsf edə bilməzdi? Ağzına gələni deyib. Onun bütün yaradıcılığını yerə vurmaq olar? Boynunu yerə soxum sənin. Ələsgər müqəddəsdir, onun ruhu tutar səni.

Aşıq Əhliman Aqşin Yeniseyin tamamilə səhv fikirdə olduğunu vurğulayıb:

Aqşinlə görüşmək istəyirəm. Aşıq Ələsgər Peyğımbərlər sırasında olan şəxs olub. O, elə belə insan olmayıb, Dədə Qorqud səviyyəsində. Aşıq Ələsgər möcüzə olub. İnsanların hamısı sinəsinə vurur ki, ondan yaxşı şair yoxdur.

Gənc şair Aqşin Yenisey “teleqraf”-a verdiyi müsahibəsi zamanı Azərbaycan aşıq sənətinin dahilərindən biri Aşıq Ələsgəri tənqid edib. O, bildirib ki, Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər dayanır.

Bahar RÜSTƏMLİ

AzNews.az