Sürücü sükan arxasında öldü - Qəza baş verdi

20 Aprel 2017 13:37 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini Abbas Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən ürəyi tutub və sürücü sükan arxasında ölüb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Məlumata görə, A.Əliyev ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az