Azərbaycanda dəhşətli yol qəzası: 5 ölü, 2 yaralı

5 Fevral 2013 16:43 (UTC+04:00)
Astara yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16.00 radələrində qeydə alınıb. "Mercedes" və "Fiat" markalı avtomobillərin toqquşması nəticəsində, 5 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.