Prezident Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayırdı

20 Aprel 2017 18:06 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.