Xəzərin sahilində kişi meyiti tapılıb

5 Fevral 2013 17:18 (UTC+04:00)




Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində bu gün saat 15:15 radələrində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.