Ramil Usubov daha bir adamına yüksək vəzifə verdi

5 Fevral 2013 18:08 (UTC+04:00)


Daxili İşlər Nazirliyində yenə kadr dəyişikliyi olub.
AzNews.az xəbər portalına daxil olan məlumata görə, bu gün Suraxanı rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Yaşar Əliyev daha yüksək vəzifəyə təyinat alıb. Bununla bağlı saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, o, Nəqliyyatda Baş Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Məlumat üçün bildirək ki, Yaşar Əliyev Suraxanı polisindən əvvəl Mühafizə İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov bu həftə xeyli sayda yerdəyişmələr edib.

Bildirilir ki, hökumət daxilində DİN-ə qarşı narazı olan şəxslərin sayı artdığı bir vaxtda bu yerdəyişmələr xüsusi məqsəd daşıyır: Nazir özünə yaxın hesab etdiyi kadrları nazirliyin özünə toplayır.

Orxan
AzNews.az