At əti aşkarlandı - Möhtəviyyatla dolu daxili orqanları...

21 Aprel 2017 17:14 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzNews.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayaqları, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkar olunub.

Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hal-hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturları tərəfindən Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna dəfələrlə xəbərdarlıq edilib. Lakin buna baxmayaraq, görünür o hələ də qanunsuz bu kimi işlərdən əl çəkməyərək əməllərini davam etdirir.