Selena Gomez şəxsi rekordunu təzələdi - Foto

21 Aprel 2017 23:45 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Selenanın coca-cola butulkası ilə çəkdirdiyi foto İnstagram tarixində ən çox bəyənmə yığan şəkil idi. Ta ki Beyonse hamiləlik fotosunu paylaşana qədər. Bu foto qısa müddət ərzində 11 milyon bəyənmə sayını keçib.

Bir neçə gün öncə Selena sevgilisi The Weeknd-lə ilk selfisini paylaşdı. Foto artıq 7 milyon like sayını yaxındı. Bununla Selena şəxsi rekordunu təzələdi.

Qeyd edək ki, İnstagramın ən məşhur ulduzlarından olan Selenanı 118 milyon şəxs izləyir.