Kuba və Mərakeş arasında diplomatik münasibətlər bərpa edildi- 37 il sonra

22 Aprel 2017 09:18 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, diplomatik münasibətlərin bərpası ilə bağlı saziş Nyu-Yorkda imzalanıb. Sənədi hər ik ölkənin BMT-dəki nümayəndəlikləri imzalayıblar.

Kuba və Mərakeş arasında diplomatik münasibətləri 1980-ci ildə rəsmi Havananın Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımasından sonra dayandırılmışdı. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edir və ona muxtariyyət statusunun verilməsinin tərəfdarıdır.