Mərakeşin xarici işlər naziri Bakıya gələcək

22 Aprel 2017 16:09 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".

AzNews.az