Güclü külək qərb bölgəsində fəsadlar törətdi - Fotolar

22 Aprel 2017 16:53 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, şiddətli külək nəticəsində Tovuz rayonunda yol və parklarda ağaclar qırılıb. Tovuz, Qazax, Ağstafa rayonlarının bəzi yaşayış məntəqələri elektrik dirəklərinin əyilməsi və naqillərin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb. Bəzi yaşayış evlərinin dam örtüyünə də zərər dəyib.

.
Hazırda aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

AzNews.az