Cücərmiş sarmısaqları atmayın

22 Aprel 2017 19:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, xanımlar bunun zərərli olduğunu düşünüb atırlar. Sarmısaqlar uzunmüddət istifadə edilmədikdə onlar cücərir.

Alimlər müəyyən ediblər ki, sarmısaq cücərmiş halda çox xeyirlidir.

Araşdırmalardan sonra məlum olub ki, sinir sistemini qidalandıran sarmısaq cücərdikdən sonra əsəb sisteminə 2 qat yaxşı təsir göstərir.

Müntəzəm və düzgün qidalanma orqanizmi ona lazım olan miqdarda antioksidantlarla təmin etməyə imkan verir. Yəni, cücərən sarmısaq cücərməmişə nisbətdə daha çox antioksidant təsir göstərir.