Rusiya hərbçisi Ermənistanda öldürüldü - Yenilənib 2 (Video + Fotolar)

22 Aprel 2017 22:31 (UTC+04:00)

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumata görə qətli törədən şəxs mart ayında ordudan təxris olunub. 20 yaşı olan həmin şəxsin psixi problemləri olduğu deyilir.

***

20:00

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının əsgərinin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

AzNews.az xəbər verir ki, məlumata görə qətlə yetirilən əsgər Dmitri Yalpayevdir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

19:50

Rusiyanın Ermənistandakı bazasının hərbçisi Gümrü şəhərində qətlə yetirilib.

AzNews.az News.am-a istinadən xəbər verir ki, Rusiyanın 102-ci hərbi bazasının 21 yaşlı əsgərinin meyitinin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.