Olland səsverməyə getdi, hədiyyə ilə qayıtdı

23 Aprel 2017 12:38 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırki prezident səs vermək üçün ölkənin cənub-qərbinə, Tyül şəhərinə gəlib. Olland 2001-2008-ci illərdə bu şəhərin meri olub.

Prezident bülletenini seçki qutusuna atarkən yaşlı qadın ona yaxınlaşaraq, içərisində açıqça olan sarı rəngli zərf hədiyyə edib. Olland gülümsəyərək hədiyyəni qəbul edib.