Tağı Əhmədovun nəvəsinin toyu oldu - Video

23 Aprel 2017 13:11 (UTC+04:00)

AzNews.az azxeber-ə istinadən xəbər verir ki, Tağı Əhmədovun nəvəsi Dinarənin toyu baş tutub.

Toyda tanınmış müğənnilər Mələkxanım Əyyubova, Səyyad Əlizadə, Ədalət Şükürov mahnıları ilə cütlüyü təbrik edib.

Tağı Əhmədov toydan foto və video paylaşmağa qadağa qoysa da, bəzi qonaqlar görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Mərasimdə keçmiş rəisin qohumları, yaxınları iştirak edib.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır.