Makron və Le Pen ikinci tura keçdilər - Prezident seçkilərində

24 Aprel 2017 08:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fransanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, ölkənin keçmiş iqtisadiyyat naziri Emmanuel Makron 23,75 faiz səs çoxluğu ilə və "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen isə 21,53 faiz lazım olan səs çoxluğunu toplayaraq Fransada keçiriləcək prezident seçkilərinin ikinci turuna keçiblər.

Ölkənin sabiq baş naziri Fransua Fiyon səslərin 19,91 faizini toplayıb. “Üsyançı Fransa” partiyasının lideri Jan-Luk Melanşon isə 19,64% səs toplayıb.

Fransada prezident seçkilərinin ikinci turu 7 may tarixində keçiriləcək.