Türkiyə Rusiya vətəndaşları üçün vizasız gediş-gəliş vaxtını artırdı- 90 gün

24 Aprel 2017 10:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Alanyada jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Hazırda Türkiyəylə Rusiya arasında vizasız rejim birtərəflidir. Rusiya və Türkiyə arasındakı siyasi böhrandan sonra rəsmi Moskva 1 yanvar 2016-cı ildən etibarən Türkiyə vətəndaşları üçün viza tətbiq edilməsi barədə qərar çıxarıb.

İki ölkə arasındakı münasibətlər rus qırıcı təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pozulmuşdu.