İdarə rəisinin xidməti avtomobili qəzaya düşdü - Yaralanan var

24 Aprel 2017 10:15 (UTC+04:00)

“Report”un xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

AzNews.az