Fransada etiraz aksiyalarında 143 nəfər həbs edildi

24 Aprel 2017 14:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident seçkilərindən sonra Parisdə baş verən iğtişaşlarda 6 nəfər polis işçisi və 3 nəfər etiraçı yaralanıb. Aksiyalar, əsasən, “antifaşist” və “antikapitalist ” qüvvələr tərəfindən təşkil edilib.

Ötən gün Fransada keçirilən prezidetn seçkilərinin birinci turundan ikinici tura “Marşda” hərəkatının lideri Emannuel Makron və “Milli cəbhə” partiyasının lideri Marin Le Pen keçiblər.