İtlərin toy məclisində oxuyan aşıq təhqir olundu - “Şəxsiyyətində problem olanlardır”

24 Aprel 2017 15:15 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Aşıq Əli bildirib. O, Goranboy rayonunda azərbaycanlı iş adamı Qalib Mustafayevin itlərinin toyunda iştirak edən aşığı təhqir edib:

"Bu toyun başqa adı yoxdur. Artıq qiyamətin əlamətləri yaxınlaşır. Aşıq sənəti Azərbaycan milli musiqisinin kökü, tarixi və ən ucasıdır. Kimsə şəxsiyyətin alçaldıb belə məclisdə iştirak edib. Bunun aşıq sənətinə nə aidiyyatı var? Belə insanlar şəxsiyyətində problem olanlardır.”

Aşıq Əli qeyd edib ki, həyatda özünə yer tuta bilməyənlər adamlardan çox şey gözləmək mümkündür.

Bahar RÜSTƏMLİ

AzNews.az