“Hamımızı həbs etsələr də əqidəmizdən dönməyəcəyik“

6 Fevral 2013 10:41 (UTC+04:00)
Müsavat Partiyası başqanının həbs edilən müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu "Amerikanın Səsi"nə müsahibəsində atasının həbsinin ailəni sındırmadığını bildirib. Bundan əvvəl isə Tofiq Yaqublunun qızı Nigar həbs edilib.

"Bu həbslər ailəmizin mübarizə əzmini qırmayıb. Biz sonadək demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik", o qeyd edib.

Nərgiz Yaqublu hakimiyyəti qisasçı hərəkətlərindən çəkinməyə çağırıb. "Ailəmizin beş üzvündən ikisi həbsdədir. Beş ailə üzvümüzün hamısını tutsalar belə əqidəmizdən dönməyəcəyik", - Nərgiz bildirib.

AzNews.az