İki arvadlı kişi seçim etdi- Arvadının birini öldürdü

25 Aprel 2017 11:23 (UTC+04:00)

AzNews.az Associated Press agentliyinə istinadən xəbər verir ki, 27 yaşlı Rusiya vətəndaşının meyiti Oreqon ştatının ucqar ərazisindən tapılıb. Onun başının arxa hissəsindən güllə yarası alaraq həlak olduğu bildirilir.

Anna Repkinanın 1 mart tarxində Los-Ancelesə gəldiyi məlum olub.

Şəhərin barlarından birində mühafizəçi işləyən 27 yaşlı Uilyam Harqrouv qətli törətməkdə təqsirli bilinərək həbs edilib.

Məlum olub ki, Annayla sevgi münasibətləri yaşayan Uliyamın başqa sevgilisi də olub. Həmin qadın isə Uilyamdan seçim etməsini tələb edib. Uliyam seçimini edib:Annanı heç kimin tanımadığı bir əraziyə aparılıb. Bir neçə gün sonra 27 yaşlı qızın meyiti həmin ərazidə aşkar edilib.

Uilyam hər iki qadınla eyni vaxtda müxtəlif evlərdə yaşayırmış.

Benton əyalətinin polis rəisinin sözlərinə görə, Repkina Moskvadan Los-Ancelesə öz “yar”ını axtarmağa gəibmiş.

Rusiya Federasiyasının San-Fransiskodakı konsulluğu ölkə vətəndaşı Anna Repkinanın ölüm faktını təsdiqləyib.

AzNews.az